Şriftin ölçüsü :

Saytın rəngi :

Qızlar arasında "Basketbol" idman növü üzrə yarış keçirilib

05 dekabr 2017 | 11:00

  Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 30.11 - 05.12.2017-ci il tarixlərdə 269 nömrəli  tam orta məktəbin idman zalında rayon məktəblilərinin XXX Spartakiadasının proqramına daxil olan qızlar arasında "Basketbol" idman növü üzrə yarış keçirilmişdir.
   Yarışda rayonun 10 məktəb komandası tərkibində 120 nəfər məktəbli iştirak etmişdir.
   Yarışda birinci yeri 269 nömrəli, ikinci yeri 147 nömrəli, üçüncü yeri 63 nömrəli tam orta məktəblərin komandaları tutmuşdur.
    Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.
Rayon mərhələsində qalib gəlmiş 269 nömrəli tam orta məktəbin komandası Bakı şəhər məktəbliləri arasında "Basketbol" idman növü üzrə yarışda rayonumuzu təmsil etmək hüququ qazanmışdır.

Keçidlər