Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı əhalinin köçürülməsi və söküntü işlərinin gedişi ilə yerində tanış olmaq üçün “Ağ şəhər”ə gəlib

11 dekabr 2017 | 11:00

    Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB, rayon Xətai və Əhmədli bələdiyyələrinin sədrləri,  xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə   “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü  işlərinə nəzarət məqsədilə növbəti dəfə “Turşu küçəsi” adlandırılan əraziyə gəlib.
  

  İşlərin gedişi ilə  yerində maraqlanan rayon İcra Hakimiyyətinin başçısı işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar verib. Eləcə də tapşırılıb ki, zərurət yarandığı təqdirdə narazı olan bəzi vətəndaşların da müraciətləri yaradılmış müvafiq komissiya tərəfindən bir daha cidd şəkildə araşdırılsın, izahatlar verilsin və işlər sürətləndirilsin. Xidmət sahələri və digər məsul şəxslər  də öhdələrinə düşən vəzifələri vaxtında yerinə yetirsinlər.

  Rayon İcra Hakimiyyətinin başçısı bir daha bu ərazidə aparılan  işlərin layihə üçün mühümlüyünü, önəmini   vurgulayaraq bütün əlaqədar təşkilatlara, bu işə məsul edilmiş şəxslərə və yaradılmış müvafiq komissiyanın üzvlərinə  məsuliyyətlərini artırmalarını tapşırıb.

Keçidlər