Şriftin ölçüsü :

Saytın rəngi :

Qaz kəsintisi

20 dekabr 2017 | 11:00

   Məlumat üçün bildiririk ki, diametri 325 millimetrlik magistral qaz xətti üzərində “30-cu Sahə” Qaz Paylayıcı Stansiyası ərazisində separatorun quraşdırılması, diametri 273 və 530 millimetrlik magistral qaz xəttinin 5 və 6-cı kilometrində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar dekabrın 20-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.  

   Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Keçidlər