Şriftin ölçüsü :

Saytın rəngi :

Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu başa çatdı

22 dekabr 2017 | 11:00

   22 dekabr 2017-ci il tarixində 59 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə elan etdiyi 1-ci qrant müsabiqəsində qalib gəlmiş “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihənin bağlanış mərasimi keçirilib.
   Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Anar Qədimalıyev, sektorunun əməkdaşı Namiq Ağayev, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, fiziki qüsurlu və valideyn himayəsindən məhrum olmuş istedadlı şagirdlərlə iş aparmış Aşıq Əhliman, "Səs Azərbaycan" yarışmasının iştirakçısı Nərmin Kərimbəyova və fiziki qüsurlu, valideyn himayəsindən məhrum olmuş şagirdlər iştirak ediblər.
   Layihənin rəhbəri, 59 nömrəli tam orta məktəbin direktoru Kəmalə Şıxlinskaya bu cür layihələrin gənclərin həyatındakı əhəmiyətli rolundan söhbət açıb.
   Sonra Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah çıxış edərək bu cür gənclərin daim dövlətimizin diqqətində olduğunu vurğulayıb.
   Daha sonra musiqiçilərin fiziki qüsurlu və valideyn himayəsindən məhrum olmuş şagirdlərlə birgə hazırladıqları ifalar dinlənilib, şagirdlərin iştirakı ilə hazırlanmış səhnəciklər nümayiş etdirilib.
   Tədbir çərçivəsində  fiziki qüsurlu və valideyn himayəsindən məhrum olmuş istedadlı şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış olub və ifaçılıq istedadları olanlar dinlənilib.
    Qalib və fərqlənən iştirakçılar sertfikat və mükafatla təltif olunublar. 

Keçidlər