Şriftin ölçüsü :

Saytın rəngi :

Kazımağa Kərimov küçəsi 15 ünvanda sakinlərin köçürülməsi işləri yekunlaşmaq üzrədir

26 dekabr 2017 | 11:00

Artıq bir neçə gündür ki, Xətai rayonunda Kazımağa Kərimov küçəsi 15 ünvanda 1930-cu illərdə inşa olunmuş, ara boşluqları qamış olmaqla taxta karkasdan ibarət olan üç girişli iki mərtəbəli qəzalı vəziyyətə düşmüş binadan sakinlərin köçürülməsi işlərinə start verilmişdir.
Məlum olduğu kimi, qeyd olunan binada 11 sentyabr 2017-ci il tarixdə yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində binada müvəqqəti məskunlaşmış 27 məcburi köçkün ailəsindən 7-nin mənzilinə ciddi ziyan dəymişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2017-ci il tarixli müvafiq Sərəncamına uyğun olaraq həmin binadan 27 məcburi köçkün ailəsinin mərhələli şəkildə köçürülməsinə başlanılmışdır. Eləcə də,  yanğın nəticəsində maddi zərər görmüş 7 mənzilin sahibinə mənzil-məişət əşyalarına dəymiş zərərə görə birdəfəlik maddi yardım ayrılmışdır.
  Göstərilən Sərəncamın icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə binada məskunlaşmış 27 məcburi köçkün ailəsindən 19-u artıq köçürülmüş, digər sakinlərin köçürülməsi davam etdirilir.

Keçidlər