Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

10 yanvar 2018 | 11:00

10 yanvar 2018-ci il tarixdə 257 nömrəli tam orta məktəbin  akt zalında Xətai  rayon  İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının,  xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin  və sakinlərin  iştirakı ilə  3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Asəf Rzayevin hesabat məruzəsi dinlənilmişdir.

Məruzədə bildirilmişdir ki, nümayəndəliyin inzibati ərazisi 4,8 kv.km., əhalisi 66, 482 nəfərdir. Xidməti ərazidə 135 çoxmənzilli yaşayış binası və 2312-dən artıq fərdi yaşayış evi vardır. Ərazidə MKTB-nin 7 MKİS, 4 Xüsusi təyinatlı MKİS,  2 Müdafiə Nazirliyinin MKİS, 10 kooperativ bina, 8 mənzil tikinti MMC və “Abşeron-Zeytun” MMC, ümummilli lider H. Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi məktəbi, C.Naxçıvanski adına hərbi lisey, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin “N” saylı hərbi hissələri, “Xabard-Or-Avner” yəhudi məktəbi; 8 orta məktəb; 13 körpələr evi uşaq bağçası; SOS uşaq kəndi; 2 poliklinika; 3 özəl (“Artomed”, “Medica plaza” və “Murad”) klinika və Mirzə Ələkbər Sabir adına kitabxana fəaliyyət göstərir.

2017-ci ildə Nümayəndəliyə müraciət edən 78 nəfər vətəndaşın şikayətləri dinlənilmiş, 37 şikayət ərizəsi və məktub daxil olmuş, ayrı- ayrı təşkilatlara 43 məktub göndərilmişdir.
Hesabat dövrü ərzində ərazidə 10 səyyar qəbul keçirilmişdir. Keçirilən səyyar qəbullarda 263 sakin iştirak etmiş, 147 sakinin problemi yerində həllini tapmış, 86 sakinin problemlərinin həlli üçün aidiyyatı təşkilatlara yönəldilmiş, 30 sakinin qaldırdıqları problemlərinin həlli qeyri-mümkün və əsassız olduğuna görə onlara lazımi izahat və düzgün istiqamətlər verilmişdir. 
Nümayəndəliyin inzibati ərazisində məişət tullantılarının vaxtlı-vaxtında daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərinin həyata keçirilməsi, ərazidə su, kanalizasiya axıntılarının vaxtında qarşısının alınması, sakinlərin digər problemlərinin həllində rayonun xidmət idarələri ilə birgə tədbirlər görülmüşdür.
Nümayəndəliyin xidməti ərazisində yaşayan vətəndaşların şikayət və müraciətlərinin əksəriyyəti məhəllədaxili yolların asfaltlanması, həyətlərin abadlaşdırılması, küçələrin işıqlandırılması, istiliklə, su və kanalizasiya sistemi ilə bağlı olmuşdur.                   
Hesabat dövrü ərzində Zığ yolu üzərində yerləşən Meşə parkının ərazisinə düşən memarlıq baxımından yararsız tikililər sökülmüş, tikinti tullantıları daşınaraq parkın maneəsiz tikintisi üçün hər cür şərait yaradılmışdır. 
Mənzil Kommunal Departamenti tərəfindən İnqilab İsmayılov küçəsi 16, 26, 28 ünvanda 1361 p/m bardyur qoyulmuş, 9 ədəd kanalizasiya lyuku yenilənmiş, 8480 kv.m. asfalt örtüyü çəkilmişdir.
Gəncə prospekti 46 saylı binanın qarşısında 257 nömrəli məktəbə gedən məhəllədaxili yola 4452 kv.m. asfalt örtüyü vurulmuş, 5 ədəd işıq dirəyi quraşdırılmışdır.
Gəncə prospekti 63 və 65 saylı binaların arxasında sürüşmə zonasına və İ.İsmayılov küçəsinə  1050 ədəddən çox şam ağacı əkilmişdir. Gəncə prospektində salınan 5000 kv. m. yaşıllıq sahəsi də isti aylarda gündəlik olaraq sulanılmış, otlar biçilmişdir. Salınan yaşıllıqların qorunmasına gündəlik olaraq nəzarət olunur.
Əbilov küçəsində səkkiz binanın və Sadıqcan küçəsində bir binanın girişləri təmir olunmuş, yeni qapılar qoyulmuş, girişlərin pəncərələrinə şüşələr salınmışdır.
Gəncə prospektində dörd binanın, İnqilab İsmayılov küçəsində iki binanın dam örtüyü Mənzil Kommunal Departamenti tərəfindən təmir edilmişdir.
Sanitar Epidemiologiya Stansiyasının həkim-dezinfektorları tərəfindən hesabat ilində inzibati ərazidə yerləşən hündürmərtəbəli binaların zirzəmilərində  dezinfeksiya işləri aparılmışdır.
Ərazimizdə yerləşən binalarda 718 ədəd sərnişin lifti və 2 ədəd yük lifti 3 saylı Baklift İxtisaslaşdırılmış İstehsalat idarəsi tərəfindən istismarına nəzarət edilir. Hesabat dövrünə kimi 272 ədəd liftin yenilənməsinə baxmayaraq,  570 ədəd liftin yenilənməsinə ehtiyac var. 
Xidməti ərazidə vətəndaşları narahat edən məsələlərdən biri də mənzillərin istiliklə təchiz olunmasıdır. Hal-hazırda 126 bina mərkəzləşmiş qaydada istiliklə təmin olunur. Gəncə prospekti 54 və 56 saylı binaların istilik xətləri yenilənmiş və binalara istiliyin verilməsi təmin edilmişdir.
Gəncə prospekti 99 ünvanda yerləşən 361 saylı qazanxananın istilik təchizatının yaxşılaşdırılması məqsədilə yeni qaz xətti çəkilərək mənbəyə birləşdirilmişdir. Bununla da 11 binanın istilik təchizatı daha da yaxşılaşdırılmışdır.
İnvenstisiya proqramına uyğun olaraq, kənd və qəsəbələrin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bu proqram çərçivəsində rayonun su və kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində mühüm işlərin görülməsi davam etdirilir.
Əhalinin enerji tələbatının yaxşılaşdırılması sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, Gəncə prospektinin yenidən qurulması ilə hava xətləri dəyişdirilərək, yeraltı kabel xətləri ilə əvəz olunmuşdur. Naximov yaşayış sahəsində iki TM-6 və TM-16 gərginlik transformatorları yenidən tikilərək, bütün daxili avadanlıqlar yenilənmiş, kabel xətləri dəyişdirilmişdir. Gen. Mehmandarov, Gen. Şıxlinski, İ.İsmayılov küçələrinin və Gəncə prospektinin yuxarı hissəsində, bütün binadaxili kabel xətləri dəyişdirilmiş, yeni smart kart tipli sayğaclar quraşdırılmışdır.       
Elektrik enerjisinin təminatı sahəsində görülən bu işlər sakinlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına xidmət edir.
Hesabat dövründə əhalinin qaz təminatını yaxşılaşdırmaq məqsədi ilə  inzibati ərazinin Naximov, İ.İsmayılov, Gen.Şıxlinski küçəsi və Gəncə prospektində ümumilikdə 4200 p/m müxtəlif diametr ölçüdə qaz xətləri dəyişdirilmişdir.                                                                                                                      
2016-2017-ci tədris ilində inzibati ərazimizdə yerləşən təhsil müəssisələrindən 562 şagird məzun olmuşdur, onlardan 492 nəfəri ali məktəblərə sənəd vermiş, 324 nəfəri tələbə adını qazanmışdır. 8 məzun 650-dən yuxarı, 1 nəfər isə 680 bal toplamışdır.Dövlət proqramı çərçivəsində səkkiz ümumtəhsil məktəbləri əsaslı təmir edilmişdir və hesabat dövründə Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin yeni korpus binasının tikintisi başa çatmış, müəllim və şagird kollektivinin istifadəsinə verilmişdir. Qeyd olunan məktəb korpusunun açılışında Prezident İlham Əliyev cənabları iştirak edərək, görülən işlərlə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.
Dövlət proqramları çərçivəsində Bakı şəhəri ətraf kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq beş uşaq bağçası (72, 194, 222, 251, 207) təmir edilmişdir, səkkiz uşaq bağçasının (208, 224, 233, 237, 241, 242, 249, 271) əsaslı təmirə ehtiyacı var. Bağçalarda 94 məcburi köçkün ailəsi, 501 nəfər ailə üzvü məskunlaşmışdır. 13 bağçada ümumi 68 qrup olmaqla qruplarda 1280 nəfər uşağın təlim-tərbiyəsi ilə 145 tərbiyəçi-müəllimə məşğul olur.
Xidməti ərazidə fəaliyyət göstərən 2 dövlət və  3 özəl səhiyyə müəsissəsi vardır. Bu səhiyyə müəsissələri tam təmirlidir və standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunaraq, sakinlərin sağlamlığına xidmət göstərir. Cənab Prezidentin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hər il olduğu kimi bu il də fevral ayının 15-dən may ayının 15-dək inzibati ərazidə yaşayan sakinlər rayonda yerləşən şəhər poliklinikalarında tibbi müayinədən keçmişlər. Müayinə zamanı 8173 ambulator, 443 stasionar xəstə müəyyən edilmiş və müalicə üçün təyinatı üzrə tibb ocaqlarına göndərilmişdir.
MKTB ilə birgə MKİS xidməti ərazilərindən gündəlik məişət tullantılarının daşınmasına, ərazinin təmizliyinə nəzarət olunur, ərazidə iməciliklər keçirilmiş, yaz və yay mövsümlərində binaların zirzəmilərinin və girişlərinin dezinfeksiyası rayon dezinfeksiya xidməti tərəfindən həyata keçirilir. Bəzi binaların qarşısında giriş-çıxışı məhdudlaşdıran, sakinlər tərəfindən qeyri-qanuni quraşdırılmış dəmir zəncirlər ərazi üzrə MKİS işçiləri və Fövqəladə Hallar Nazirliyinin “Yanğından mühafizə” idarəsinin əməkdaşları ilə birlikdə sökülmüşdür.
MKTB tərəfindən inzibati əraziyə aid binalarda 278 p/m su, 324 p/m kanalizasiya, 212 p/m yağış su navalçaları dəyişdirilmiş, 1872 mənzildə tüstü bacaları və havasorucu kanallar təmizlənmiş,  1218 kv.m. liftlərin damı təmir edilmiş, zibil konteynerlərinin meydançalarında dezinfeksiya işləri aparılmışdır.
Binaların ətraflarında bəzi sakinlər tərəfindən qanunsuz çəpərlənən, dəmir setka ilə bağlanan, xoşagəlməz mənzərə yaradan hasarların sökülməsi işində Nümayəndəlik MKTB ilə birgə fəaliyyət göstərmişdir.
  “Abşeron Zeytun” MMC-nin ərazisindən məişət tullantılarının daşınması rayon MKTB tərəfindən gündəlik olaraq daşınır. “Abşeron Zeytun” MMC-nin Zeytun küçəsində və Döngə 2 adlanan ərazilərdə yaşayan sakinlərin iştirakı ilə hər il olduğu kimi bu il də iməciliklər təşkil olunmuş və gələcəkdə də bu təşəbbüs davam etdiriləcəkdir.
Hesabat dövrü ərzində inzibati ərazidə yerləşən Sadıqcan küçəsi 6 saylı ünvanda Xətai rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur. Açılışda Daxili İşlər naziri cənab general-polkovnik Ramil Usubov iştirak etmiş və inzibati bina ilə yaxından tanış olmuşdur. İnzibati bina müasir avadanlıqla və inventarlarla təchiz olunmuşdur. Binanın görünüşü yerləşdiyi əraziyə xüsusi görkəm verir.
“İslam həmrəyliyi ili” çərçivəsində ərazimizdə yerləşən dövlət idarə və təşkilatlarında habelə,  8 məktəbdə (24, 48, 98, 191, 221, 257, 263, 265),  2 poliklinikada (8 saylı uşaq poliklinikası və Zığ sağlamlıq mərkəzi), Mir Tağı məscidində İslam dinində tolerantlıq, sülh, multikultural dəyərlər mövzusunda tədbirlər keçirilmişdir. Nümayəndəliyin üzvləri həmin tədbirlərdə yaxından iştirak etmişdir.
Eyni zamanda yuxarıda adları çəkilən müəssisələrdə və təşkilatlarda rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan mühüm tədbirlərdən biri də Prezident cənab İlham Əliyevin daxili və xarici
siyasətinin uğurları, dünyada baş verən hadisələr, regionların iqtisadi inkişafı haqqında maarifləndirmə tədbiridir. 
Nümayəndəliyin işinin, fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə Sadıqcan küçəsi 23 ünvanda Nümayəndəliyin  müasir üslubda yeni ikimərtəbəli inzibati binası tikilmiş və Nümayəndəlik həmin binada fəaliyyətini davam etdirir.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.

Keçidlər