Şriftin ölçüsü :

Saytın rəngi :

“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur

10 yanvar 2018 | 11:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur.

Müsabiqənin yekun sərgisi 18 yanvar 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd azadlıq  mübarizəsinin parlaq   səhifələrindən   olan 1990-cı il 20 yanvar  hadisələrini,  xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, bayraq və azadlıq eşqini  bir  daha  xatırlamaq, gələcək  nəsillərə  ötürməkdən ibarətdir.

Müsabiqəyə 300-ə yaxın uşaq, 400-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 110 uşağın, 120-yə yaxın işinin nümayişi nəzərdə tutulur.

Müsabiqədə Xətai, Lənkəran, Xırdalan, Abşeron, Balaxanı, Sumqayıt, Sabunçu,Qax, Pirallahı, Maştağa, Gəncə, Goranboy bölgələrin məktəbliləri, o cümlədən, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Maştağa Mədəniyyət Mərkəzi Rəsm kursu, Elif tədris mərkəzi, Əsra Tədris Mərkəzi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Goranboy şəhər Uşaq İncəsənət Məktəbi, NigArt studiya və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

 

Keçidlər