Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihənin bağlanış mərasimi və layihə çərçivəsində “Təmiz şəhər” mövzusunda sonuncu rəsm müsabiqəsi keçirilimişdir

11 yanvar 2018 | 11:00

11 yanvar 2018-ci il tarixdə Xətai rayon 257 № li tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 № li tam orta məktəbin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrand müsabiqəsinin qalibi rayon gənci Aynur Orucovanın “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihəsinin bağlanış mərasimi və layihə çərçivəsində “Təmiz şəhər” mövzusunda sonuncu canlı rəsm müsabiqəsi keçirilmişdir. 
Tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, 257 № li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova və layihə rəhbəri Aynur Orucova iştirak etmişlər. 
“Təmiz şəhər” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Həsənzadə Aydan Səbuhi qızı I yeri, Rəcəbova Cəmilə Mehman qızı II yeri, Həsənli Nəsrin Şahin qızı III yeri tutmuşlar. Müsabiqənin qalibləri diplom və xatirə hədiyyələri ilə digər iştirakçılar isə sertifikatla mükafatlandırılmışlar.

Keçidlər