Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda fərdi yaşayış evində yanğın baş verib

19 yanvar 2018 | 11:00

Xətai rayonu Naximov küçəsi 12, mənzil 47 a ünvanında yerləşən birmərtəbəli 4 otaqlı fərdi yaşayış evində yanğın baş vermişdir.
Rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayon bələdiyyələrinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin məsul işçiləri, rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon xidmət sahələrinin rəhbərləri  hadisə yerinə baxış keçirmişlər.Yanğın nəticəsində ümumi sahəsi 108 kv.m. olan mənzilin yanar konstruksiyaları mənzildə olan əşyalarla birlikdə yanıb. Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Keçidlər