Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin şikayətləri əsasında növbəti reyd keçirildi

03 fevral 2018 | 11:00

   Xətai rayonunda bir neçə küçədə keçirilən reydlər və görülən tədbirlər vətəndaşlar tərəfindən rayon İcra Hakimiyyətinə, icra nümayəndəliklərinə və bələdiyyə orqanlarına edilən müraciətlər  əsasında həyata keçirilir.
      Rayon İcra Hakimiyyətinə rayon və qəsəbə bələdiyələrinə daxil olmuş müraciətlərdə rayon ərazisində aparılan davamlı abadlıq-quruculuq işləri nəticəsində küçə və meydanların görkəminin köklü şəkildə dəyişməsindən, yaşlı sakinlər və uşaqlar üçün tikilən istirahət guşələrindən,  uşaq əyləncə meydançalarından, salınan abad həyətlərdən razılıq bildirilsə də bir sıra şikayətlər də qanunsuz küçə ticarətindən, sahibkarlar tərəfindən aparılan özbaşına, yöndəmsiz tikililər, qoyulan eybəcər “Butka”lar nəticəsində səki və yolların daralmasından, zövqsüz və yersiz reklamlardandır.
    Bu müraciətlər əsasında rayon İcra Hakimiyyətinin məsul işçilərinin, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, rayon və qəsəbə bələdiyyələrinin, xidmət sahələrinin rəhbərlərinin, hüquq-mühafzə orqanlarının əməkdaşlarının və digər təşkilatların nümayəndələrinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı göstərilən faktlar təsdiqini tapmışdır.
03.02.2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayonun Neapol və Məzahir Rüstəmov küçələrinə baxış keçirmişdir.
   Baxış zamanı verilən tapşırıqlar əsasında   vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt edilmiş yaşıllıq zonalarının çəpərləri  sökülərək  məişət tullantılarından təmizlənmiş, ağacların budaqları budanmış, qeyri-qanuni tikililər sökülmüşdür. Ərazidə  sakinlərin asudə vaxtını və istirahətini təmin etmək üçün abadlıq işlərinə başlanmışdır. Həmçinin insaneların  maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə yol kənarında olan yararsız səkilərin bərpa olunması barədə tapşırıqlar verilmişdir.
   Aşkar edilmiş bu və digər faktların, sakinlərin narazılığına səbəb olan bütün neqativ halların  aradan qaldırılması məqsədilə rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları və digər əlaqədar təşkilatlarla  birgə keçirilən tədbirlər davam etdirilir.

Keçidlər