Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI SOYQIRIMININ 26-CI İLDÖNÜMÜNƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR

15 fevral 2018 | 11:00

15 fevral 2018-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 26 –cı ildönümünə hazırlıqla bağlı növbəti müşavirə keçirilib.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  bildirib ki,  xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 26-cı  ildönümü ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Xətai rayon icra hakimiyyəti başçısının sərəncamı ilə soyqırımına həsr edilmiş tədbirlərin mütəşəkkil və yüksək səviyyədə təşkili üçün tədbirlər planı hazırlanıb.
       Məlumat verildi ki, “Tədbirlər Planı”na uyğun olaraq rayonun idarə və müəssisələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında soyqırıma həsr olunmuş tədbirlər keçirilir. Eləcə də abidə kompleksində və abidənin yerləşdiyi park xiyabanda abadlıq işləri aparılır, Hasarlara, binaların fasadlarına xüsusi tərtib edilmiş bannerlər hazırlanıb, Soyqırımın 26-cı ildönümü ilə əlaqədar xüsusi bukletlər hazırlanıb. Parkın ərazisində əkilmək üçün 100 mindən çox   gül və bəzək kolu tədarük edilmişdir. Hal-hazırda Yusif Səfərov küçəsində, Xocalı prospektində yaşıllıq örtüyü yenilənir, güllər, dekorativ kollar əkilir. 
        Razim Məmmədov işlərin sürətləndirilməsi  üçün əlaqədar qurumlara və məsul şəxslərə tapşırıqlar verdi.

Keçidlər