Şriftin ölçüsü :

Saytın rəngi :

"Voleybol" idman növü üzrə yarışın final mərhələsi keçirilmişdir

12 fevral 2018 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 10 fevral 2018-ci il tarixdə 204 №li tam orta məktəbin idman zalında rayon məktəblilərinin XXX Spartakiadasının proqramına daxil olan oğlanlar arasında "Voleybol" idman növü üzrə yarışın final mərhələsi keçirilmişdir.
Yarışda rayonun 15 məktəb komandası tərkibində 180 nəfər məktəbli iştirak etmişdir.Yarışda birinci yeri 138 №li, ikinci yeri 264 №li, üçüncü yeri 165 №li tam orta məktəblərin komandaları tutmuşdur.
Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.
Rayon mərhələsində qalib gəlmiş 138 №li tam orta məktəbin komandası Bakı şəhər məktəbliləri arasında keçiriləcək oğlanlar arasında "Voleybol" idman növü üzrə turnirdə rayonumuzu təmsil etmək hüququ qazanmışdır.
 

 

Keçidlər