Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində Xocalı faciəsində həlak olanların ailə üzvləri ilə görüş keçirilidi

23 fevral 2018 | 11:00

23.02.2018-ci il tarixdə tariximizə qanlı hərflərlə yazılan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində Xocalıdan olan rayon sakinləri ilə görüş keçirildi. Tədbir iştirakçıları  ilk öncə Xocalı parkına gələrək "Ana harayı" abidəsi önünə gül dəstələri düzdülər.
Faciədə həlak olan insanların ailə üzvləri ilə keçirilən görüşdə rayon icra hakimiyyəti başçısı Razim Məmmədov bildirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addım idi.
Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər çıxışçılar isə diqqətə çatdırdılar ki, dövlət tərəfindən  Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirilir. Soyqırımla bağlı rayon icra hakimiyyəti tərəfindən xüsusi bukletlər hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb. Hazırda rayon ərazisində Xocalıdan olan 12 ailə yaşayır.
Çıxış edən Xocalı hadisələrinin şahidləri və  məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Keçidlər