Şriftin ölçüsü :

Saytın rəngi :

263 nömrəli tam orta məktəbdə Azərbaycab Polisinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

06 mart 2018 | 11:00

06.03.2018-ci il tarixdə 263 nömrəli tam orta məktəbdə "Azərbaycan Polisinin 100 illiyi" münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Nurqələm Bayramova Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salmış, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini , hal-hazırda da bu diqqətin uğurla davam etdirildiyini vurğulamışdır.
Tədbirdə məktəbin şagirdləri maraqlı səhnəciklər təqdim etdilər. Səhnəciklərdə polisin üzərinə düşən vəzifələr, bu vəzifələrin icra olunması, yol hərəkət qaydaları, rüşvətxorluqla mübarizə və s. kimi mövzulara toxunuldu.
Tədbirdə iştirak edən Xətai rayonu Polis İdarəsinin rəisi Muradəli Babayev, Xətai İcra Hakimiyyətinin  nümayəndələri Pənah İmanov və Teymur Əzizov, BŞTİ-nin ümumi Təhsil sektoru üzrə Baş məsləhətçisi  Rəhman Baxşəliyev, Xətai rayonu Dairə Seçki Komissiyasının sədri İmran Hüseynov , Xətai rayonu Gənclər və  İdman İdarəsinin rəisi Əfqan Rzayev məktəblilərlə fikir mübadiləsi apardılar, onları maraqlandıran suallara cavab verdilər.

Keçidlər