Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda məktəblilər arasında mini futbol idman növü üzrə turnirin yekun mərhələsi keçirilib

04 may 2018 | 11:00

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə   mini futbol  idman növü üzrə turnir keçirilib. 

Rayonun 22  orta ümumtəhsil məktəbinin komandaları arasında keçirilən turnirdə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyənləşdirilib.Qalib komandalara mükafatlar verilib.Təltifetmə mərasimində çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva,YAP Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev bildiriblər ki, bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki, son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.

Keçidlər