Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik keçirilib

12 may 2018 | 11:00

Ətraf mühitin daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda davamlı xarakter alıb.

Rayonda keçirilən növbəti iməcilik Yusif Səfərov küçəsi 12, 12a və Sergey Senyuşkin küçəsi 7, 7a  ünvanlarını əhatə edib.

Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, ağac və kollar budanıb, yaşıllıq örtüyü salınıb,   müxtəlif növ güllər əkilib, küçə işıqları bərpa olunub.

Keçidlər