Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq və quruculuq işləri çərçivəsində işlər davam etdirilir

15 may 2018 | 11:00

Dövlət başçısı cənab İlham Əliyevin  müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Xətai rayonunun da simasının gözəlləşdirilməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi mütəmadi hal alıb.
Son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə rayon ərazisində yeni yaşılıq zolaqları, park və meydanlar salınır, iməciliklər keçirilir. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə, o cümlədən binaların qarşısında  nümunəvi həyətlərin salınması isə görülən işlərin tərkib hissəsidir. Rayon icra hakimiyyətinin səyyar və yerli qəbullar zamanı sakinlər tərəfindən yeni yaşıllıqların salınması eləcə də bəzi vətəndaşlar tərəfindən qanunsuz zəbt olunan ərazilərin çəpərlərinin sökülərək aradan qaldırılması ilə bağlı qaldırlılan məsələlər öz həllini tapır. Sakinlərin şikayətləri əsasında həyata keçirilən növbəti belə abadlaşdırma aksiyası rayonun Xudu Məmmədov və Yusif Səfərov küçələrində  həyata keçirilib. Abadlıq işləri çərçivəsində qurumuş ağacların ərazidən götürülməsi, qoca ağacların budanması işləri də həyata keçirilib. Binalarən fasadları rənglənib, məhəllədaxili ərazilərə yeni asfalt örtüyü vurulub, ağacların dibləri bellənib, yeni yaşıllıq örtüyü salınıb, dağılmış səkilər bərpa olunub.  Hazırda ərazidə abadlıq-təmizlik işləri davam etdirilir.

Keçidlər