Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəbliləri qalib oldular

25 may 2018 | 11:00

22 may 2018-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən 193 nömrəli tam orta məktəbin idman zalında Bakı şəhər məktəbliləri arasında basketbol üzrə turnirin final oyunları keçirilmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə təşkil olunmuş yarış 2003 - 2005-ci il təvəllüdlü oğlanlar arasında keçirilmişdir.

Turnirdə I yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası tutmuşdur!

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçiləri Salman Əbdülov və Səməd Səmədzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və yarışların baş hakimi Aydın Ağaəliyev qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Qalibləri təbrik edirik !

Keçidlər