Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Qoy həmişə Günəş olsun” adlı tədbir keçirildi

01 iyun 2018 | 11:00

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı,  55 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə  rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkda “Qoy həmişə Günəş olsun” adlı tədbir keçirildi.
  İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin oxunması  ilə başladı.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov uşaqları “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir və ölkəmizdə uşaqlara qayğı ildən-ilə artır. Əsası Ulu Öndər Heydər  Əliyev tərəfindən qoyulan uşaq siyasəti bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılır, bu sahəyə diqqət və qayğı artırılır. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva hərtərəfli dəstək verir. Heydər Əliyev Fondu yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır.
Tədbir məktəblilərin təşkil etdiyi ədəbi-bədii kompazisiyalar ilə davam etdirildi.

Keçidlər