Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı salınacaq yeni bağın layihələndirmə işləri ilə tanış olmuşdur

02 iyun 2018 | 11:00

2 iyun 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Heydər Əliyev parkında salınacaq yeni “Mamır bağı”nın layihələndirmə işləri ilə yerində tanış olmaq üçün ərazidə olmuşdir.
Son illər Azərbaycan- Yaponiya dostluq münasibətləri çərçivəsində bir sıra tədbirlər, layihələr həyata keçirilir, qarşılıqlı səfərlər edilir. 2015-ci ildə Yaponiyanın məhşur Yapon bağları və parklarının salınması və dizaynı üzrə tanınmış “KOSUGİ ZOHEN” şirkəti ilə birgə inşa edilən “Yapon bağı” rayon sakinləri ilə yanaşı eləcə də paytaxtımızın qonaqlarının, xüsusən də Yaponiyadan olan qonaqların sevimli yerlərindəndir.  
2017-ci ilin oktyabr ayında Azərbaycanda səfərdə olan Yaponiyanın İşikava perfekturasının Komatsu şəhərinin meri Şinci Vada onu müşayət edən nümayəndə heyəti ilə birgə Xətai rayonunda olan zaman Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önündə gül qoyduqdan sonra “Yapon bağı”nı gəzərkən heyrətini gizlətməmiş, bir anlığa özünü Yaponiyada hiss etdiyini bildirmişdir.
       Həmin ilin dekabr ayında Ş.Vadanın dəvəti ilə Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun rəhbərli ilə nümayəndə heyəti Tokiyoda, o cümlədən Komatsu şəhərində işgüzar səfərdə olarkən nümayəndə heyəti Komatsu yaxınlığında “Müdriklik meşəsi” adlanan ərazidə “Hiyo” Mamır bağı ilə də tanış olduqdan sonra təklif olunmuşdur ki, Xətai rayonundakı Heydər Əliyev parkında yerləşən “Yapon bağı”nın yaxınlığında Yapon mədəniyyətinin daha bir simvollarından biri olan  “Mamır bağı” da inşa edilsin.
      Artıq yaponiyalı mütəxəsislər tərəfindən bağın salınacağı əraziyə baxış keçirilmişdir. Hazırda layihələndirmə işləri aparılır, hansı növ mamır və bitkilərin əkiləcəyi müəyyənləşdirilir. Qeyd edək ki, iqlimə və hava mühütinə görə Yaponiyada mamırın 40-dan artıq növü mövcuddur. Bağın ərazisindən torpaq nümunələri götürülmüş, yaxin zamanlarda bitkilərin uyğunluq testi aparılacaq.

Keçidlər