Şriftin ölçüsü :

Saytın rəngi :

Mini-futbol yarışlarında Xətai məktəbliləri birinci olmuşlar

14 iyun 2018 | 11:00

Nərimanov rayonu ərazisində yerləşən Məktəb - Lisey Kompleksinin mini-futbol meydançasında Bakı şəhər məktəbliləri arasında mini-futbol üzrə turnirin final oyunları keçirilmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə təşkil olunmuş yarış V - VI sinif oğlanlar arasında keçirilmişdir.

Turnirdə birinci  yeri  Xətai rayonunun  245 nömrəli tam orta məktəbin komandası  tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçiləri Salman Əbdülov və Səməd Səmədzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Qaliblərimizi  təbrik edirik !

Keçidlər