Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Xaliq Əzizzadənin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilmişdir

27 iyun 2018 | 11:00

25 iyun 2018-ci il tarixdə Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2007-2008-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnir torpaqlarımızın azadlığı uğrunda aprel döyüşlərində şəhid olmuş Xaliq Əzizzadənin xatirəsinə həsr edilmişdir.

Turnirin oyunları Xətai rayonundakı 264 nömrəli tam orta məktəbin futbol meydançasında keçirilmişdir. Turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Əhmədli, şəhid Xaliq Əzizzadənin atası Həsən Qasımov və digər rəsmi şəxslər iştirak etmişlər. 
Çıxış edən şəhid Xaliq Əzizzadənin atası Həsən Qasımov tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Xalidin həyatı haqqında məlumat verdi. Şəhidin atası bildirdi ki, Xaliq Əzizzadə 1996-cı ilin avqust ayında Şərur rayonunda anadan olub, Xətai rayonu 116 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. Əsgər Xalid Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Xaliq Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Çıxışlardan sonra turnirin final oyunlarına start verilmişdir.

Sonda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

Keçidlər