Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Photo Cup” adlı intellektual oyun keçirildi

03 iyul 2018 | 11:00

Bakı Ali Neft Məktəbinin Xətai rayon filialında Xətai Rayon Gənclər və İdman İdarəsinin və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə tələbələr arasında  “Photo Cup” adlı intellektual oyun keçirilmişdir.
Xəmsə milli intellektual formatında keçirilən oyunun açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Mamed Rzayev çıxış edərək, ölkə başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğuladı. Xətai rayonunda gənclərə diqqət və qayğının  hər zaman yüksək səviyyədə olduğunu bildirdi.
22 komandanın iştirak etdiyi yarışın nəticələrinə görə I yeri Bakı Mühəndislik Universitetinin  “Promoters” komandası, II yeri “Cerebro” komandası, III yeri isı Bakı Ali Neft Məktəbinin “Royal Flush” komandası tutmuşlar.
   Qaliblər Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.    

   

     

     

                                                                                                                             

Keçidlər