Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda mövcud yaşıllıqların qorunub saxlanılmasına xüsusi diqqət yetirilir

07 iyul 2018 | 11:00

06.07.2018-ci il tarixdə Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov rayondakı Heydər parkına gələrək yaz-yay mövsümündə parkın ərazisində olan mövcud yaşıllıqların qorunub saxlanılması, isti yay günlərində onlara aqrotexniki qulluq göstərilməsi istiqamətində görülən işlərlə tanış olmuş, parkın ərazisində salınacaq “Mamır bağı”nın layihələndirilməsi ilə bağlı öz tövsiyyə və tapşırıqlarını vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı ətraf mühitin mühafizəsi, vətəndaşların təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi, ekoloji problemlərin aradan qaldırılması və yaşıllıqların genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin mühümlüyünü bir daha vurgulamışdır.

 

Keçidlər