Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik keçirilib

09 iyul 2018 | 11:00

Xətai rayonunda təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  iməciliklərin keçirilməsi ənənəvi hal alıb.
   Xətai rayonu ərazisində növbəti iməciliklər keçirilib. İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, suvarılıb, çəmənliklərə gübrə verilib. Bütün Mənzil Kommunal İstismar Sahələri tərəfindən ərazilərdə olan parklar və otluq sahələr baş verə biləcək   yanğın hadisələrinin qarşısını almaq üçün quru ot və alaqlardan təmizlənib.
     İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
    Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə maarifləndirilməsini və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Keçidlər