Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda irimiqyaslı layihələr reallaşdırılır+VİDEO

13 iyul 2018 | 11:00

Bakının əhali sayına görə ən böyük rayonu sayılan Xətai rayonunda il ərzində bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Dövlət başçısının tapşırığı əsasında əhalinin mənzil şəraitinin yaxşılaşdırlması, yeni iş yerlərinin yaradılması görülən işlərin əsas tərkib hissəsidir.
Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunan yüksək dinamikaya uyğun olaraq, Xətai rayonunda da quruculuq-abadlıq işlərinin genişlənməsində, yeni iş yerlərinin yaradılmasında, önəmli sosial layihələrin sürətlə reallaşdırılmasında uğurlar qazanılıb. Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində rayonda məqsədyönlü işlər aparılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həlli ilə bağlı verdiyi tapşırıqlar isə dövlətin bu qəbildən olan insanlara göstərdiyi diqqət və qayğını bir daha əks etdirir. Dövlət proqramının icrasına uyğun olaraq bir sıra təhsil müəssisələrinin,uşaq bağçalarının  yeni müasir standartlara cavab verən binaların inşası, əlavə tədris korpuslarının tikintisi işləri davam etdirilir. İDEA İctimai Birliyi və Xətai rayon icra hakimiyyəti ilə birgə "Abad həyət-Sağlam həyat" layihəsi çərçşivəsində rayonun bir sıra yaşayış məhəllələrində nümunəvi həyətlər salınır, abad məhəllələr yaradılır. Rayonda həyata keçirilən layihələr sırasında yol infarstrukturunun təkmilləşdirlməsi mühüm yer tutur. Bu istiqamətdə rayonun bir sıra küçələrində o cümlədən Nobel prospektində genişmiqyaslı təmir işləri aparılır.Ukrayna dairəsi adlanan ərazidə isə nəqliyyat vasitələrinin, eləcə də əhalinin gediş- gəlişini təmin etmək məqsədi ilə yolun asfalt hissəsi dəyişdirilir.

https://www.facebook.com/173778893157406/videos/334005733801387/

 

Keçidlər