Şriftin ölçüsü :

Saytın rəngi :

Yay mövsümü və havaların isti keçməsi ilə əlaqədar Xətai rayonunda müvafiq təşkilatlar və xidmət sahələri gücləndirilmiş iş rejimində işləyir

17 iyul 2018 | 11:00

Məqsəd sakinlər tərəfindən daxil olan müraciətlərin  operativ həllinin təmin edilməsi, müraciətlərə vaxtında reaksiya verilməsi və qaldırılan problemlərin, çatışmazlıqların  aradan qaldırılması, eləcə də isti yay günlərində  sakinlərin  istirahətinin səmərəli  təmin edilməsidir.

     Rayon ərazisində mütəmadi olaraq aparılan abadlıq-quruculuq işləri çərçivəsində ardıcıl olaraq rayonun müxtəlif yerlərində, park və bağlarda, küçə və prospektlərdə, eləcə də yaşayış binalarının həyətlərində işlər davam etdirilir. Yay mövsümü ilə əlaqədar isə bu işlər daha da sürətləndirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən  təşkilatlar, xidmət sahələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir.
      Rayon İcra Hakimiyyətində İcra Başçısının rəhbərliyi ilə keçirilən müşavirələrdə abadlıq, təmizlik, park və xiyabanlarda yaşıllıqlara aqrotexniki qulluq və digər məsələlərlə əlaqədar rayonun əlaqədar təşkilatlarına, o cümlədən rayon MKTB – nin və xidmət sahələrinin rəhbərlərinə xüsusi tapşırıqlar verilmiş və bu işlər nəzarətdə saxlanılır.

   


 

Keçidlər