Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik təşkil olunub

07 avqust 2018 | 11:00

Xətai rayonunda təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  iməciliklərin keçirilməsi ənənəvi hal alıb. Davamlı xarakter alan abadlıq-quruculuq işləri çərçivəsində 07.08.2018-ci il tarixdə Babək prospektində dəmiryol xətti boyunca  iməcilik təşkil olunub.

Mənzil Kommunal İstismar Sahələri tərəfindən ərazilərdə  otluq sahələr baş verə biləcək   yanğın hadisələrinin qarşısını almaq üçün quru ot və alaqlardan təmizlənib.
İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə maarifləndirilməsini və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Keçidlər