Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq və quruculuq işləri davam edir

09 avqust 2018 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən abadlaşdırma və təmizlik tədbirləri davam edir. Əhalinin rahatlığını, asudə vaxtının səmərəli təşkilini və istirahətini təmin etmək  məqsədilə rayon ərazisində abadlıq, quruculuq işləri, o cümlədən,  binaların  fasadlarının  təmiri, park və meydançaların yaradılması, “Nümunəvi  Həyət”lərin salınması geniş vüsət almışdır.
Növbəti abadlaşdırma işləri rayonun X.Məmmədov 4, 4a, Senyuşkin 13, 13/6, A.Cəlilov 11, F.Bayramov 5, Y.Səfərov 18, Xocalı 9/16, 11, küçələrində və Xocalı prospektində  aparılır. Ərazidə yerləşən çoxmənzilli yaşayış binalarının girişlərində cari təmir-bərpa işləri aparılır, divarlar rənglənir, bloklar müasir tipli plastik pəncərələrlə təchiz edilir, bina girişlərinə dəmir-seyf qapılar qoyulur. Binaların ətrafında təmizlik işləri aparılır, məhəllədaxili ərazilər asfaltlanır, həyətlər abadlaşdırılır. Artıq bir neçə ünvanda inşası aparılan "Nümunəvi həyət"lərdə yekun tamamlama işləri aparılır.

Keçidlər