Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkhaqqını ala bilməyən özəl şirkətin işçilərinin intihara cəhdinin qarşısı alınıb

06 sentyabr 2018 | 11:00

“Aves” MTK-dan işdən  azad olunduqlarına və hər biri 1200 AZN məbləğində iki aylıq əmək haqlarını ala bilməmələrinə etiraz əlaməti olaraq Sabunçu rayon sakinləri  1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu,  1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü  Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu,1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya  məxsus Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranının üzərinə çıxaraq intihara cəhd etmişlər.
“Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınmışdır.

Keçidlər