Şriftin ölçüsü :

Saytın rəngi :

“Mamır bağı" ilə əlaqədar Yaponiyanın "KOSUGİ-ZOHEN" şirkətinin və yerli mütəxəssislərin iştirakı ilə son planlaşdırma işləri aparılıb

14 sentyabr 2018 | 11:00

Azərbaycan–Yaponiya dostluq münasibətləri çərçivəsində Xətai rayonunda  Heydər Əliyev parkında salınacaq Mamır bağı ilə əlaqədar hazırlıq işləri davam edir. Bununla əlaqədar Yaponiyanın tanınmış "KOSUGİ-Zohen" şirkətinin nümayəndələri yerli rmütəxəssislərlə birgə ərazidə olublar.
Ərazinin landşaft planı işlənilmiş, ağac və kolların sayı, yerləşməsi müəyyən edilmiş, nümunə üçün əkilmiş müxtəlif mamır növləri nəzərdən keçirilmişdir. Eləcə də tikinti materiallarını, ağac və kolların və digər zəruri  materialların gətirilməsi məsələləri müzakirə edilmişdir.

Məlum olduğu  kimi rayon ərazisində Heydər Əliyev parkında Yaponiya -Azərbaycan dostluq münasibətləri  çərçivəsində  “Yapon bağı” salınıb. Artıq bura paytaxt sakinlərinin və qonaqların sevimli yerlərindən birinə çevrilib. Bu parkda və “Yapon bağı”nda Yaponiyanın Azərbaycandakı səfirləri, İşikava perefekturasının Komatsu şəhərinin Meri və parlamentinin rəhbəri, İşikava perefekturasının Şika şəhərinin nümayəndəsi, EXPO – 2017 Yapon məhsulları şərgisində iştirak edən iş adamları və digər mötəbər  qonaqlar olub və xoş təəsüratlarını bildiriblər.

       2016 və 2017-ci illərdə Xətai rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə  nümayəndə heyəti  Yaponiyada işgüzar səfərdə olub. Səfər zamanı nümayəndə heyəti bir sıra görüşlərlə yanaşı Komatsu şəhəri yaxınlığında “Müdriklər meşəsi” ərazisində “Hiyo” Mamır bağı ilə tanış olmuşdur. Səfər zamanı  təklif olunmuşdur ki, Xətai rayonundakı  Heydər Əliyev parkında yerləşən “Yapon bağı”nın yaxınlığında Yapon mədəniyyətinin   simvollarından biri olan  “Mamır bağı”  da inşa edilsin. Bu bağın salınmasının mümkünlüyü barədə yerli mütəxəssislərlə  müzakirəkər aparılmış və artıq işə start verilmişdir.

Keçidlər