Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik keçirilib

22 sentyabr 2018 | 11:00

Xətai rayonunda əhalinin istirahətini təmin etmək eləcə də ekoloji tarazlığın qorunması istiqamətində müxtəlif layihələr reallaşdırılır. Sözügedən layihələr çərçivəsində rayonun bir sıra küçə və prospektrlərində ümumrayon iməclikləri təşkil edilib.

Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunan yüksək dinamikaya uyğun olaraq, Xətai rayonunda da quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə reallaşdırılmasında uğurlar qazanılıb. Bunun nəticəsi olaraq bu gün Xətai rayonu öz gözəlliyi, səliqə səhmanı ilə paytaxtımızın rəngarəngliyinə xüsusi çalarlar qatır. Əvvəllər Qara şəhər kimi tanınan bu ərazilər indi sözün əsl mənasında ağ məkana çevrilib. Təkcə son bir neçə il ərzində rayon ərazisində  əhalinin istirahətini təmin etmək məqsədilə yeni yaşılıq zolaqları, park və meydanlar salınır.

Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə "nümunəvi həyət"lərin salınması isə görülən işlərin tərkib hissəsidir. Son illər ərzində rayon ərazisində 70-ə yaxın abad həyət salınıb. Bir sıra binaların qarşısında 31 yeni abad məhəllənin salınması işləri isə davam etdirilir.

22.09.2018-ci il tarixdə rayonda ekoloji tarazlığın qorunması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən işlərin davamı olaraq rayonun bir sıra küçə və prospektlərində ümumrayon iməcliyi keçirilib.

Aksiyada rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclər, ümumilikdə 300-dən çox insan iştirak edib. Ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edən aksiya zamanı binaların ətrafında bəzi sakinlər tərəfindən qeyri-qanuni zəbt olunaraq çəpərlənən bağ sahələrinin çəpərləri  ağır texnikalar cəlb olunmaqla sökülüb,  ərazi məişət tullantılarından təmizlənib,  quru otlar yığılaraq ərazidən daşınıb, ağaclara qulluq göstərilib, parklarda olan su fəvvarələrinə texniki xidmət göstərilib.

Keçidlər