Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyev: Mən Xətai rayonunu, Əhmədlini çox sevirəm…” 4 iyun 2000-ci il.

11 oktyabr 2018 | 11:00

Ulu Öndər, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı və ideyaları hər bir azərbaycanlının qəlbində daim yaşayır və yaşayacaq.

Xətai rayonu da Azərbaycanımızın, paytaxt Bakı şəhərinin bir parçası olaraq daim bu Uca Şəxsiyyətin adını yüksək tutur, onun ideyalarına sədaqət rəmzi olaraq bütün sahələrdə qabaqcıl olmağa çalışır. 
Bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyərək Xətai rayonunun hər bir vətəndaşı- məmuru, müəllimi, həkimi, iş adamı, şagirdi, tələbəsi daim bu ideya və siyasəti rəhbər tutaraq öz fəaliyyəti ilə sosial-iqtisadi inkişafa, təhsil, səhiyyə, mədənyyət, sahibkarlığın inkişafı, abadlıq-quruculuq və s. sahələrdə öz töhfəsini verir.
     Ulu Öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də ikinci hakimiyyəti illərində Müstəqil Azərbaycanın dirçəliş və inkişaf dövrlərində böyük sənaye rayonu olan  Xətai rayonuna diqqət və qayğısı daim yüksək səviyyədə olmuşdur. Bu diqqət və qayğı indi də cənab Prezident İlham Əliyev,  birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir.
Bu qayğı və diqqətdən ruhlanaraq biz də bütün sahələrdə abadlıq və quruculuq işlərində, təhsil, səhiyyə və mədəniyyət sahəsində nailiyyətlər əldə edirik. Abadlıq-quruculuq işləri çərçivəsində salınan parklar, abad və nümunəvi həyətlər, ali məktəblərə qəbul və digər təhsil göstəricilərinə görə həmişə birincilər sırasındadır.  Bu gün Xətai sakinləri olan gənclərimizin sorağı dünyanın ən mötəbər elm ocaqlarından, məşhur kilinkalarından, mədəniyyət səhnələrindən gəlir.
     Son on ildən artıq bir dövr ərzində Xətai rayonunda abadliq-quruculuq işləri çərçivəsində bir sıra yeni parklar, əyləncə meydanları salınmışdır. Xalqımızın qan yaddaşı olan Xocalı abidəsi əsaslı şəkildə yenidən qurulmuş, prospekt boyu park salınmışdır.
Rayonun Ukrayna dairəsi yaxınlığında yerləşən, 2000-ci ildə açılış mərasimində Ulu Öndərin iştirak etdiyi və sakinlərlə görüşdüyü  Heydər Əliyev parkı da 2007-ci ildə əsaslı təmir edilmiş, şəlalə kompleksi qurulmuş və parkın ərazisi genişləndirilmiş,  Ulu Öndərin heykəli ucaldılmışdır. Əsaslı təmirdən sonra 3  oktyabr 2007-ci ildə parkın açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyevə məlumat verilmişdir ki, Ulu Öndər 2000-ci ildə bu parkda olarkən məhz heykəlin ucaldıldığı bu yerdə insanlarla görüşmüş, Xətai rayonu, Əhmədli qəsəbəsi haqqında təəssüratlarını bölüşmüş Xətainin bu hissəsini, Əhmədlini çox sevdiyini bildirmişdir. Xətai rayonunda ən mötəbər tədbirlər zamanı rayon ictimaiyyəti bu parka gələrək Ulu Öndərin abidəsinini ziyarət edir, qarşısına tər çiçəklər düzürlər.
Ulu Öndərin 9 metr hündürlüyündə olan daha bir heykəli Türkiyənin Mersin vilayətinin Tarsus şəhərində  inşa etdiyimiz Ulu Öndərin adını daşıyan Heydər parkında da ucaldılmışdır Parkın ərazisindəki körpüyə Heydər Əliyevin adı verilmişdir. 2007-ci ildən Xətai rayonu ilə qardaşlaşmış şəhər olan Tarsus şəhərində   hər il   Ulu Öndərin anım və doğum günləri böyük coşqu və təntənə ilə qeyd olunur. Ulu Öndərə olan böyük sevgi və hörmətin əlaməti olaraq, Tarsus şəhərindəki Türkiyənin məşhur “Kampus okulları” liseyində açılan konfrans salonuna Ulu Öndər Heydər Əliyevin adı verilmişdir.

 

Keçidlər