Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş tədbir keçirildi.

27 oktyabr 2018 | 11:00

Xətai rayonunda Humanitar fənlər təmayüllü məktəb liseydə "20 Yanvar" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət təşkilatlarının dəstək şurasının maliyyə dəstəyi ilə yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Milli Qəhrəman Çingiz Salman oğlu Qurbanovun xatirəsinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi.
Tədbir zamanı şagirdlər vətənpərvər ruhda səhnəcik göstərdilər, mahnılar ifa etdilər, Milli Qəhrəman  Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş sərgi nümayiş etdirildi.
Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, Qarabağ Müharibəsi veteranları polkovnik Hikmət Ağayev, polkovnik-leytenant Hacı Məmmədov, polkovnik-leytenant Emin Əliyev, polkovnik Həsən Əmirov və Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov çıxış edərək şagirdlərə vətənpərvər ruhda tövsiyyələr verdilər.

Keçidlər