Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbirlər keçirilir

07 noyabr 2018 | 11:00

Xətai rayonunda “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbirlər davam etdirilir.  Bu münasibətlə rayonun 86, 191, 245, 257, 264 saylı tam orta məktəblərində və 181, 207, 288 və 316 saylı körpələr evi-uşaq bağçalarında tədbirlər keçirilib.
Rayonun   316 saylı körpələr evi-uşaq bağçasında YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun, Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyevanın və rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan  tədbirdə ilk öncə “9 noyabr - Bayraq günü”nə həsr olunmuş məruzələr dinlənilib, Dövlət bayrağının yaranma tarixi haqqında məlumat verilib.
Tədbirdə çıxış edən millət vəkili hüseynbala Mirələmov, rayon İcra hakimiyyətinin başçısı Jalə Abdıyeva  çıxışlarında körpələrə, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən bəhs edərək ümummilli  lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu qeyd etdilər. Eləcə də bildirdilər ki, Azərbaycan Respublikasının Dövlət bayrağı müstəqillik rəmzi, milli qürur və şərəf mənbəyi kimi hər zaman müqəddəs hesab olunub və olunacaqdır.
Tədbirin bədii hissəsində uşaq bağçasının körpələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.

 

Keçidlər