Şriftin ölçüsü :

Saytın rəngi :

ADA Universitetinin tələbələri Rayon İcra Hakimiyyətinin iş prinsipi ilə tanış olmuşlar

09 noyabr 2018 | 11:00

Xətai rayonunda gənc nəslin yetişməsi, onlara dəstək müxtəlif formatlarda həyata keçirilir. Bu tədbirlər çəçivəsində müxtəlif universitetlərdən  təcrübə keçən tələbələrlə rayon İcra Hakimiyyətində mütəmadi görüşlər keçirilir. Bu günlərdə ADA Universitetinin bir qrup tələbəsi rayon İcra Hakimiyyətində olmuşlar. 

Tələbələri qəbul edən aparatın şöbə müdiri Pənah İmanov yerli icra hakimiyyətlərinin iş prinsipi, idarəetmə, aparatın strukturu və fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verərək onları maraqlandıran suallara cavab vermişdir. Bildirilmişdir ki, gənclərimizin idarəetmə işinə, dövlət qulluğuna marağı çox sevindirici haldır. Ulu Öndər Heydər Əliyev hər zaman gəncləri cəmiyyətin gələcəyi adlandırır, öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir. Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev, birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva tərəfindən bu diqqət və qayğı yüksələn xəttlə inkişaf edir, genişlənir.Dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, qorunub saxlanılması gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük təkan verir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 

Keçidlər