Şriftin ölçüsü :

Saytın rəngi :

Xabad – Or – Avner Yəhudi Tədris Kompleksində ağacəkmə aksiyası keçirilib

23 noyabr 2018 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Xabad – Or – Avner Yəhudi Tədris Kompleksində abadlıq- quruculuq və ekoloji mühitin qorunması çərçivəsində  tədbir keçirilib.
İlk öncə məktəbin şagirdləri qonaqları musiqi nömrələri ilə salamladılar. Sonra tədbirdə iştirak edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdüri Pənah İmanov, məktəbin direktoru  Leznik Yefim Petroviç və  Sosial İnkişaf İctimai Birliyinin sədri Nazim Süleymanov ölkəmizdə aparılan təhsil islahatlarından geniş söhbət açdılar.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə qayğısından danışaraq dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonra məktəbin həyətində xatirə olaraq ağaclar əkildi.

 

Keçidlər