Şriftin ölçüsü :

Saytın rəngi :

249 saylı məktəbin şagirdləri İcra Hakimiyyətində olmuşlar

29 noyabr 2018 | 11:00

29 noyabr 2018-ci il tarixində Xətai rayon 249 nömrəli tam orta məktəbin 4-cü  sinif  şagirdləri Xətai rayon İcra Hakimiyyətində olmuşlar. 

Şagirdlər qarşılayan aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov dövlət orqanının fəaliyyəri barədə onlara məlumat vermişdir. Sonra şagirdlər İcra Hakimiyyətinin kitabxanasına, akt zalına, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bağlı fotostendlərə baxmış, fotoslaydları izləmiş, bəzi iş otaqlarını gəzmiş, iş prinsipi ilə tanış olmuşlar.
      Belə ekskursiyaların  əsas məqsədi şagirdlərin dövlət orqanının fəaliyyəti ilə yaxından tanış olmaları, gələcəkdə şəxsi maraq və dəyərlərinə, bacarıq və istəklərinə uyğun  peşələr seçməkdən ibarətdir.
Sinif rəhbərləri Aybəniz Quliyeva  məlumat vermişdir ki, bu layihə çərçivəsində şagirdlər ADA Universitetində, Təbabət muzeyində və digət təşkilatlarda olmuşlar.
Sonra xatirə şəkilləri çəkilmişdir.

Keçidlər