Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai məktəbliləri “Azərbaycanın intellektual birincisi” yarışmasında qalib olublar

09 dekabr 2018 | 11:00

“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Azərbaycan İntellektual Birİncisi” layihəsinin üçüncü mövsümünə yekun vurulub.
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.
İctimai Birliyin sədri Mirhəsən Seyidov “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsinin əksini tapdığını vurğulayıb. “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Dövlət Proqramına uyğun olaraq həyata keçirildiyini vurğulayan Mirhəsən Seyidov diqqətə çatdırıb ki, ölkəmizin bütün regionlarını əhatə edən layihənin məqsədi gənclərimizin maarifləndirilməsi və onların intellektual potensiallarının qiymətləndirilməsi olub.

Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin  10-cu sinif şagirdləri Hüseynov  İsmayıl və Mirzəli Fatimə “Vətəni tanı” adlı yarışda iştirak edərək Respublika birincisi olmuşlar.

Qaliblərimizi təbrik edirik!


 

Keçidlər