Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib

03 yanvar 2019 | 11:00

Yanvarın 3-də Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı, 1933-cü ildə inşa olunan ümumi sahəsi 1020 m² olan ikimərtəbəli, 11 otaq və klubdan ibarət yataqxana binasının dam örtüyünün  yanar konstruksiyaları 500 m² sahədə və klubun yanar konstruksiyaları 190 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Baş nazirin müavini Əli Əhmədov, “QaçqınKom”un sədri Rövşən Rzayev, Xətai rayon icra hakimiyyəti başçısının vəzifələrini müvəqqəti icra edən Rafiq Quluyev, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olublar.

17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Keçidlər