Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu Zığ yolu 9 saylı ünvanda yerləşən park yenidən qurulur

04 yanvar 2019 | 11:00

 Artıq bir neçə gündür ki, Xətai rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Zığ yolu 9 saylı ünvanda yerləşən parkın yenidən qurulması işlərinə  start verilib.

Parkın ərazisində  mövcud olan şəhid abidələrinin  ətrafında  abadlaşdırma işləri çərçivəsində yenidənqurma işləri aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Dövlət Ekspertiza İdarəsinin  müvafiq rəyinə əsasən quru ağaclar budanır, parkın ərazisində səkilərə döşəməlik daşlar düzülür, su fəvvarələrinin qoyulması üçün bünövrə qazılır. 

Parkın ərazisində mini futbol və basketbol meydançalarının inşasına başlanılıb, yaşıllıq örtüyünün salınması üçün torpaq qatının hamarlaması, həmçinin sakinlərin istirahəti üçün günlüklərin və oturacaqların quraşdırılması işləri həyata keçirilir. 

 

Keçidlər