Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu Zığ yolu 9 saylı ünvanda yerləşən parkda yenidənqurma işləri davam edir

07 yanvar 2019 | 11:00

 Xətai rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Zığ yolu 9 saylı ünvanda yerləşən parkın yenidən qurulması işləri sürətlə davam etdirilir.

Görülən işlərin tərkib hissəsi olaraq, parkın ərazisində  mövcud olan şəhid abidələrinin  ətrafında  abadlaşdırma işləri çərçivəsində yenidənqurma işləri aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Dövlət Ekspertiza İdarəsinin  müvafiq rəyinə əsasən quru ağaclar budanır, parkın ərazisində səkilərə döşəməlik daşlar düzülür, su fəvvarələrinin qoyulması üçün bünövrə qazılır, üzlük daşlarla üzlənmə işləri aparılır.

Parkın ərazisində mini futbol və basketbol meydançalarının inşasına başlanılıb, yaşıllıq örtüyünün salınması üçün torpaq qatının hamarlaması, həmçinin sakinlərin istirahəti üçün günlüklərin və oturacaqların quraşdırılması işləri həyata keçirilir. 

Həmin ünvanda yerləşən 9 mərtəbəli yataqxana binasının fasadında suvaq və rəngləmə işləri görülür, mövcud  yerüstü elektrik xətləri yeraltı xətlərlə əvəz olunur.

Keçidlər