Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir

09 yanvar 2019 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində çağırışçıların növbəti yolasalma mərasimi keçirilib.
    Tədbirdə çıxış edən Xidmətin  rəisi Əqid Bayroyev mərasim iştirakçılarını salamlayaraq bildirib: “Vətənə xidmət etmək həm məsuliyyətli, həm də müqəddəs və şərəfli vəzifədir. Bu gün gənclərimizin böyük bir qismi bu şərəfə sahib olmaq, bu müqəddəs vəzifənin məsuliyyətini daşımaq üçün artıq  şanlı tarix yazmağa başlayan  Azərbaycan Ordusunda xidmət etməyə yollanırlar”. Çağrışçıları təbrik edən rəis qeyd edib  ki, “İndiki Azərbaycan ordusunda nümunəvi xidmət etmək üçün müasir hərbi texnikanın, atıcı silahların sirlərinə dərindən yiyələnmək, təlimlərdə bütün çətinlikləri dəf etmək və komandirlərin əmrlərini dəqiq yerinə yetirmək lazımdır. Uğurlarınızın əsas şərtləri bunlardır”.
    Xətai rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Rafiq Quluyev cağırışçıları təbrik edərək bildirdi ki, gənclərimizin, onların valideynlərinin  bugünki əhval-ruhiyyəsi onların yüksək vətənpərvərlik hisslərindən, Vətənə sədaqətlə xidmət etmək istəyindən xəbər verir. “Bu yüksək əhval ruhiyyəni doğuran isə Azərbaycan ordusunun artan qüdrəti və nüfuzudur. Hazırda silahlı qüvvələrimizin istər döyüş hazırlığı, istər silah, sursat və texniki təminatı, istərsə də zabit və əsgərlərimizin yüksək peşəkarlığı xalqımızın böyük etimad və inamını qazanmışdır. Bu sözlərimizin sadəcə təbliğat olmadığını gənclərimiz, valideynlər, ictimaiyyətin nümayəndələri televiziya ekranlarından, internet resurslardan və kütləvi informasiya vasitələrindən  aydın görür və oxuyurlar. Amma ən əyani fakt isə Prezident, Ali Baş Komandan İlham Əliyevin ciddi səyləri, gərgin əməyi nəticəsində son dərəcə güclənən Ordumuzun son illər düşmən üzərində qazandığı qələbələr və şanlı əsgərlərimizin torpaqlarımızın bəzi hissələrini işğaldan azad etməsidir.
Həmçinin qeyd etdi ki, vətənimizin keşiyində duran ordumuzun strukturlarında, onun şəxsi heyəti sıralarında yer almaq bugünki gənclərimiz üçün həqiqətən ciddi motivasiya və əsl şərəf işidir. Vətəni müdafiə etmək kimi şərəfli işdə bütün çətinliklərə sinə gərmək üçün gənclərimizə qətiyyət, mətanət, dözüm və möhkəm can sağlığı arzulayıram.
    Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov, Xətai rayon Veteranlar Şurasının sədri Nəcibə Məhərrəmova, Aprel şəhidlərinin valideynləri gənclərə bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb, tövsiyyə və məsləhətlərini verdilər. Sonra ənənəvi olaraq Xətai Rayon İcra Hakimiyyəti adından çağırışçılara xatirə hədiyyələri təqdim edildi. Mərasim incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

Keçidlər