Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

11 yanvar 2019 | 11:00

11 yanvar 2019-cu il tarixdə 264 saylı tam orta məktəbin akt zalında 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

Toplantıda 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsinin səlahiyyətlərini icra edən Malik Hüseynovun hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər məktəbin direktoru Sevda Qocayeva, 34 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva, 3 saylı Baklift İdarəsinin rəisi Dadaş Nəbiyev, ərazidə yaşayan sakin Vəfa Məmmədova  və başqaları çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.

Keçidlər