Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

16 yanvar 2019 | 11:00

16 yanvar 2019-cu il tarixdə 257 saylı tam orta məktəbin akt zalında 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

Toplantıda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Asəf Rzayev hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər 257 nömrəli orta məktəbin  təlim və tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilova,  “Abşeron Zeytun” MMC-nin direktoru Bəhruz Piriyev, "Zığ Sağlamlıq Mərkəzi"nin həkim-terapevti Nuranə İsabalayeva, ərazinin sakini  Səadət Quliyeva  və başqaları çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.

 

Keçidlər