Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilir

25 yanvar 2019 | 11:00

Xətai rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Zığ yolu 9 saylı ünvanda yerləşən parkın yenidən qurulması işləri sürətlə davam etdirilir.

Görülən işlərin tərkib hissəsi olaraq, parkın ərazisində  mövcud olan şəhid abidələrinin  ətrafında  abadlaşdırma işləri çərçivəsində yenidənqurma işləri aparılır. 

Parkın ərazisində mini futbol və basketbol meydançaları inşa edilir, səkilərə döşəməlik daşlar düzülür, yaşıllıq örtüyünün salınır, üzlük daşlarla üzlənmə işləri aparılır həmçinin sakinlərin istirahəti üçün günlüklərin və oturacaqların quraşdırılması işləri həyata keçirilir. 

Həmçinin təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.

Görülən işlər çərçivəsində Məzahir Rüstəmov küçəsi 12 saylı ünvanda yaradılan növbəti "Abad həyət"də yekun tamamlama işləri aparılır.

 

Keçidlər