Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımına həsr olunmuş “Ana harayı” abidə kompleksinin yerləşdiyi park-xiyabanda abadlıq işlərinə başlanıldı.

26 yanvar 2019 | 11:00

Xocalı soyqırımının 27-cı ildönümü ərəfəsində Xətai rayonundakı Xocalı soyqırımına həsr olunmuş “Ana harayı” abidə kompleksinin yerləşdiyi park-xiyabanda və Xocalı prospektində abadlıq işləri aparılır.

Abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda abadlaşdırılma işlərinə start verilib.

Rayonun Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənir, parkın ərazisində gül və dekorativ kollar əkilir.

Abadlıq işləri fevralın 26-dək başa çatdırılacaq.

Keçidlər