Şriftin ölçüsü :

Saytın rəngi :

Zığ yolu 9 saylı ünvanda yerləşən parkda yenidənqurma işləri yekunlaşıb

07 fevral 2019 | 11:00

Xətai rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Zığ yolu 9 saylı ünvanda yerləşən parkın yenidən qurulması işləri yekunlaşıb.

Görülən işlərin tərkib hissəsi olaraq, parkın ərazisində  mövcud olan şəhid abidələrinin  ətrafında  abadlaşdırma işləri çərçivəsində yenidən qurulub.

Parkın ərazisində və ətrafında səkilərə döşəməlik daşlar düzülüb, yaşıllıq örtüyünün salınıb, dekorativ gül və kollar əkilib, üzlük daşlarla üzlənmə işləri aparılıb, su fəvvarəsi, uşaqlar üçün əyləncə qurğuları  quraşdırılıb, sakinlərin istirahətini təmin etmək məqsədilə günlük və oturaclar qoyulub.

Keçidlər