Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai məktəblərində Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirlər keçirilmişdir

26 fevral 2019 | 11:00

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Xətai  rayonunda da geniş şəkildə qeyd olunur.

Xətai rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunur.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Xətai rayonunun bütün orta ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib,  «Ana harayı» abidəsinə  ziyarəti təşkil olunub.

 

 

 

Keçidlər