Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai məktəbliləri dünya çempionatında ölkəmizi təmsil edəcəklər

02 mart 2019 | 11:00

Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Məktəb İdman Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq məktəblilərin respublika çempionatının proqramına daxil olan Basketbol idman növü üzrə Respublika final mərhələsi keçirilmişdir.

Çempionatda Xətai rayonunu təmsil edən 269 nömrəli tam orta məktəbin komandası Gəncə komandasına qalib gələrək Yunanıstanın Heraklion şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanmışdır.
           
           Komandamızı təbrik edir, Yunanıstanda keçiriləcək dünya çempionatında qalib olmaqını arzu edirik.

Keçidlər